Uşaqlara zorakılıq edənlər belə cəzalandırılacaq
Uşaqlarda aşkarlanan zorakılıq əlamətləri barədə məlumat verilməməsinə görə cərimə tətbiq olunacaq. Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 189-4-cü və 189-5-ci maddələrdə əksini tapıb. Beləliklə, təklif edilən 189-4-cü maddəyə əsasən, uşaqda zorakılıq hərəkətlərinin əlamətlərinin aşkar edilməsi barədə məlumatın valideynlər (onları əvəz edən şəxslər), habelə uşaqlara nəzarəti həyata keçirmək