Bu əraziyə 87 sm qar yağıb - FAKTİKİ HAVA
Aprelin 21-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az- a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, ayrı-ayrı yerlərdə intensiv xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır. Qar örtüyünün hündürlüyü Şahdağda 87, Kəlbəcərdə 4, Laçında 2, Qrız, Xınalıq, Qusar (Laza), Zaqatalada (Əlibəy) 1 sm-dir. Düşən yağıntının miqdarı Oğuzda 59, Şəkidə 54, Qaxda (Sarıbaş) 43, Qəbələdə 36, Şamaxı, Mingəçevirdə 29, Zaqatalada