“Hansı qanunda azyaşlının nişanına icazə var?” – AUB sədrindən erkən nikahlarla bağlı SƏRT AÇIQLAMA
“Nə qədər ki, məsələni ictimailəşdirmirəm, adı olduğu kimi də qalır – “toy”. İcra nümayəndəsi, məktəb direktoru, müəllimlər, bir sözlə hamı gedir toyda oynayır, yeyib içir, pul yazdırır, şagirdə xeyir-dua verir”. Sfera.az bildirir ki, bunu Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə son günlər məktəblilərin artan nikahı ilə bağlı danışarkən deyib. O, bu cür məsələlərin işıqlandırılandan sonra qurumların araşdırmağa başladığını, ailənin toy deyil,