Bakı "Formula 1"ə hazırlaşır - Paytaxtda SON VƏZİYYƏT/FOTOREPORTAJ
Kateqoriya məlum deyil
10-12 iyun tarixlərində baş tutacaq 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq, 6 iyun gecə saat 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi əsas küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Hərəkət 14 iyun səhər saatlarından etibarən bərpa olunacaq.
Sfera.az xəbər verir ki, “Formula 1” Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı şəhərində bağlanmış, istiqaməti dəyişdirilmiş küçə və prospektlərdə sıxlıq müşahidə olunur.
Əməkdaşımız bağlanan küçə və prospektlərdəki son vəziyyətlə və görülən işlərlrə bağlı fotoreportaj hazırlayıb.
FOTOLAR: Anar Bayramlı




























































