Bakıda binanın hər iki giriş-çıxışını bağladılar - "Bakı Şəhər Halqası"ndan ŞİKAYƏT/ FOTOLAR

Bakıda binanın hər iki giriş-çıxışını bağladılar -

"Formula 1" oyunları ilə əlaqədar bəzi yollarda hərəkətin məhdudlaşdırması əlavə problemlər yaradıb. 


Sfera.az bildirir ki, bu barədə sosial şəbəkədə paylaşım edənlərdən biri də Bakı sakini Orxan Məmmədli olub. O, yaşadığı ünvanın hər iki girişinin bağlandığını deyib.
Adıçəkilən şəxs "Facebook" hesabındakı paylaşımında mövcud durumla bağlı Bakı Şəhər Halqasını günahlandırıb. Sözügedən paylaşımı təqdim edirik:


“Yaşadığım binanın iki giriş-çıxışı var, ikisini də  1 və 2 nömrəli qırmızı halqalar bağlayıblar. 1-ci aydındır, xəritədə var, amma 2 kiminsə keyfinin məhsuludur. İndi sual yaranır: mən evə necə gedim? 1 nömrəli nöqtədən bizim binanın döngəsinə 8-10 metr məsafə var, amma "Baku City Circuit"in əməkdaşları işlərinə çox məsuliyyət və xüsusi qəddarlıqla yanaşırlar deyə bu variant nəzərə alınmır. Deyəcəksiniz ki, bəs müraciət et və buraxılış al, bax bu çox qəliz məsələdir. Deməli, əvvəl "Baku City Circuit"in veb səhifəsində yerləşdirilmiş nömrəyə zəng edirsiniz, sizə deyirlər ki, bəs buraxılışları təqdim edən xanım gedib stiker gətirməyə, 2 saat sonra növbəti zəng və xanım hələ qayıtmayıb. Sizə tövsiyyə edirlər ki, növbəti gün səhər 10:30-11:00-da zəng edəsiniz, zəng edirsiniz, deyirlər ki xanım saat 12-də gələcək.


Gedirsiniz Mənzil Kommunal İstismar İdarəsinə (MKİİ), görürsünüz ki, 25-30 nəfər o xanımı gözləyir, xanım isə hardadır, bəli, gedib stiker gətirməyə. 25-30 dəqiqə gözləyib digər işlərinizi həll etməyə gedirsiniz. Sonra zəng edirsiniz "Baku City Circuit"in müştəri xidmətinə ki, daha dəqiq məlumat alasınız, çünki sizin bu stikeri gözləməkdən başqa da işləriniz var, orda isə sizə deyirlər ki, xanım MKİİ-də işinin başındadır, tez qayıdırsınız həmin MKİİ-yə, xanım isə hələ stiker götürməkdən qayıtmayıb. Sonra müştəri xidmətindəki xanım izah edir ki, səbrlə gözləsəniz, bu gün müraciət edə bilərsiniz, müraciətiniz qəbul olunsa, ən az 2 gündən sonra stikerinizi təhvil ala biləcəksiniz. Qısası ən az 4 gün…. Suallar yaranır - Niyə belə qeyri-peşəkar təşkil edirlər? Niyə insanları incidirlər? Hə, bir də yol polisinin o bağlanmış məntəqələrdəki rolu nədir, çünki onlar deyir ki, biz baxmırıq, səlahiyyət "Baku City Circuit"in əməkdaşlarındadır (bundan əvvəlki Formulada belə deyildi)?”, - paylaşımda qeyd olunub.

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...