“Hansı qanunda azyaşlının nişanına icazə var?” – AUB sədrindən erkən nikahlarla bağlı SƏRT AÇIQLAMA

“Hansı qanunda azyaşlının nişanına icazə var?” – AUB sədrindən erkən nikahlarla bağlı SƏRT AÇIQLAMA

“Nə qədər ki, məsələni ictimailəşdirmirəm,  adı olduğu kimi də qalır – “toy”. İcra nümayəndəsi, məktəb direktoru, müəllimlər,  bir sözlə hamı gedir toyda oynayır, yeyib içir, pul yazdırır, şagirdə xeyir-dua verir”.


Sfera.az bildirir ki, bunu Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə son günlər məktəblilərin artan nikahı ilə bağlı danışarkən deyib. O, bu cür məsələlərin işıqlandırılandan sonra qurumların araşdırmağa başladığını, ailənin toy deyil, nişan etdiyinin ortaya çıxarıldığını vurğulayıb:


“"Toy deyil ki, nişandır" deyib şaxsey gedirlər. Demək ki, qıza toxunmayıblarsa, bu normaldır. Toxunublarsa da,"yaşı çatır”,  “xəstəmiz var”,  “özü istəyib”, “ev yıxmayın” kimi bəhanələrlə məsələni yoluna qoyurlar. Bu gün də eyni kənddə ikinci toyun adı dəyişdirildi, oldu nişan. İndi deyin görüm hansı qanunda azyaşlının nişanına icazə var? Varsa, daha susum!”.


K.Ağazadə qeyd edilənlərə baxmayaraq səssiz qalmayacağını əlavə edib:


“Siz övladlarınızı məhv etdikcə susmayacam!  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi varmı belə qanun? Sabirabad Rayonu İcra Hakimiyyəti  göstərin o qanunu mənə!”.


AUB sədri, həmçinin Sabirabadda iyunun 8-də baş tutacaq toyun sahibinin (ailənin)  onu məhkəmə ilə hədələdiyini deyib.


Qeyd edək ki, Sabirabad rayonu Qəzli kəndində ikinci dəfə erkən nikah faktı barədə məlumat yayılıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, araşdırma aparılır.

 

Günay Rəsulqızı
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...