YAŞAT Fondunda nə qədər vəsait qalıb?
Bu günə qədər “YAŞAT” Fonduna daxil olan vəsaitdən 61 114 757.86 manatdan çoxu xərclənib. Sfera.az xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib. Onun sözlərinə görə, ümumilikdə bu günə qədər Fonda 73 781 435,79 manat vəsait daxil olub: "Xərclənən vəsaitdən savayı 12 mln manatdan çoxu Fondun balansında qalıb. Xərclənən vəsaitdən 36 892 200.00 manatı məişət şəraitinin yaxşılaşdırılması istiqamətinə, 546 346.40 manatı təhsil, peşə hazırlığı və yaradıcı