Sorğu nəticələri açıqlandı – Əksəriyyət dərslərin sentyabrın 1-də başlamasını istəyir

Sorğu nəticələri açıqlandı – Əksəriyyət dərslərin sentyabrın 1-də başlamasını istəyir

“Əksəriyyət dərslərin sentyabrın 1-də başlamasının tərəfdarıdır”.

Sfera.az bildirir ki, bu barədə  tanınmış iqtisadçı ekspert Samir Əliyev apardığı sorğunun nəticələrini bölüşərkən deyib. O bildirib ki, müstəqil sorğu sosial şəbəkələr (facebook, linkedin, telegram) üzərindən aparılıb və ümumilikdə 714 nəfər iştirak edib:

 

“Sorğu iştirakçılarının 65%-i (448 nəfər) özünü valideyn, 4%-i tələbə (28), 7%-i (50) şagird qismində təqdim edib. Yerdə qalan 24% (172 nəfər) respondent isə digər qruplara aid olub.  Respondentlərin 62,7%-i (448 nəfər) dərslərin hər il sentyabr ayının 1-də başlaması ideyasını dəstəklədiklərini bildiriblər. 27,7% (198 nəfər) respondent tədris ilinin indiki kimi sentyabr ayının 15-də başlamasına üstünlük veriblər. 9% (64 nəfər) respondent isə tarixin önəm daşımadığını bildirərək əsas diqqətin təhsilin keyfiyyətinə yönəldilməli olduğunu qeyd ediblər. 0,6% (4 nəfər) respondent münasibət bildirməyib”.

 

Ekspertin sözlərinə görə, dərslərin sentyabr ayının 1-dən başlanması ideyasını dəstəkləyənlər fikirlərini bu cür izah edib:

 

“İqlim dəyişikliyinə görə havalar çox istiləşib, iyun ayında xüsusilə isti hava şəraiti dərs keçməyə imkan vermir; Yay tətili dövrünə düşdüyündən iyun ayında faktiki olaraq dərslər keçirilmir; Dərslər gec başladığından şagirdlər buraxılış imtahanına qədər proqramı tam mənimsəyə bilmirlər; Uşaqların yay tətili müddəti qısalır və onların istirahəti payız fəslinə düşür; Mart ayında qəbul imtahanları bitdiyindən sonrakı dövrlər buraxılıış siniflərində təhsilə maraq azalır; Dərslərin sentyabr ayının 1-i başlaması nostalji hislər yaradır.

 

Dərslərin başlanma vaxtın indiki kimi sentyabr ayında saxlanılmasını dəstəkləyənlərin əsaslandırmaları isə bu cürdür: Sentyabrın birinci yarısı hava isti olduğundan tədrisin keyfiyyəti aşağı olur; İbtidai sinif şagirdləri üçün sentyabrın 1-I dərsə başlamaq daha çətin olur; Sovet təhsli mirasından uzaqlaşmaq yollarından biridir; Dərslər sentyabr ayının 1-i başlayanda valideyn həm yay, həm də payız/qış geyimi almaq məcburiyyətində qalır. Ancaq dərslər ayın 15-i başayanda payız/qış geyimi almaqla kifayətlənirlər; Dünya praktikası və beynəlxalq təhsil standartlarına uyğunlaşmaq üçün indiki tarix saxlanılmalıdır; Rusiya ilə dərsə eyni vaxtda başlamaq yolverilməzdir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR