Logo

Bakı sakini Qusarda maşın oğurladı

Bakı sakini Qusarda maşın oğurladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qusar Rayon Polis Şöbəsinə iyunun 21-də Samur qəsəbəsi ərazisindən qəsəbə sakini O.Kəmərbəndinin “Opel” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olub.  

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil iyunun 22-də Qırmızı Qəsəbə ərazisində tapılıb.

Avtomobildən 318.000 rubl (9.800 manat) pulun oğurlanması müəyyən edilib.  

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda və içərisində olan pulu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Rəhimov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR