Bir milyard manatlıq cinayət: Bakıda Kamil, İstanbulda Nüsrət...
Bakıda qanunsuz sahibkarlıqla məşğul olan Qənbərov Kamil Səfadil oğlunun məhkəməsi başa çatıb. Sfera.az xəbər verir ki, işə Nərimanov Rayon Məhkəməsində baxılıb. Araşdırmalar zamanı məlum olub ki, Q.Kamil lisenziyası olmadığı halda faktiki olaraq bank fəaliyyəti göstərib. Belə ki, o, Bakı şəhəri üzrə pul vəsaitlərinin 0,4 faizi məbləğində, Rusiyanın Moskva, Ukraynanın Kiyev, Gürcüstanın Tiflis və Türkiyənin İstanbul şəhəri üzrə isə pul vəsaitlərinin 0,2 faizi məbləğində xidmət haqqı müqabilində