Logo

Ağcəbədidə su quyusundan qızıl çıxması xəbərinə - RƏSMİ REAKSİYA

Ağcəbədidə su quyusundan qızıl çıxması xəbərinə - RƏSMİ REAKSİYA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ağcabədi rayonunun Hacılar kəndində su quyusu qazılarkən qızıl aşkar edilməsi barədə məlumatlar yayılıb.

Sfera.az xəbər verir ki, kənd sakinlərinin su quyusu qazarkən qızıl parçaları tapdığı iddia olunub. Bildirilib ki, kəndin giriş-çıxışına polis postları qurulub. Köhnə çay yatağında böyük miqdarda qızılın olduğu qeyd edilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti ilə əlaqə saxlanılıb. Xidmətin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı "Qafqazinfo"ya bildirib ki, yayılmış məlumat həqiqəti əks etdirmir: "Həmçinin kənd ərazisində polis əməkdaşları tərəfindən nəzarət postları qurulmayıb".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR