“Metropark”la üzbəüz səkinin zəbt edilməsinin qarşısı alındı - FOTO
Kateqoriya məlum deyil
Ötən gün sosial şəbəkədə Nərimanov rayonu Təbriz küçəsində, “Metropark” Ticarət Mərkəzinin yaxınlığında yeni yaşayış binasının tikintisi zamanı binanın qarşısının genişləndirilməsi və səkinin zəbt edilməsi barədə məlumat yayılıb.
Nərimanov Rayon İcra Hakimiyyətindən Sfera.az-a bildirilib ki, Nərimanov RİH tərəfindən məsələyə operativ şəkildə reaksiya verilib.
Qeyd olunub ki, rayonun kommunal xidmətləri tərəfindən həmin əlavə tikinti sökülüb, hazırda ərazi təmizlənir, tikinti materialları daşınır.










