Bəy nəslindən olan, özgə evində böyüyən və görmədən səhnəyə çıxan aktyor – Bir ulduz axdı
O səhnədə əsəbi, gur səsli tipik azərbaycanlı kişisinin obrazını elə inandırıcı yaradırdı ki, qarşındakının aktyor olduğunu unudurdun. Düz 80 il, 92 yaşınadək səhnədə olub, ömrünün son günlərinə qədər teatrı tərk etməyib. Azərbaycan SSRİ Xalq artisti Ağasadıq Gəraybəyli Azərbaycan tamaşaçılarının yadında əsasən "O olmasın bu olsun" filmindəki Rüstəm bəy, "Bəxtiyar" filmidəki Ağabala obrazları ilə qalıb. Sfera.az lent.az-a istinadən bildirir ki, o, Şamaxıda bəy ailəsində anadan olub. Amma