Azərbaycanın Xalq artisti: "Söyüş söydüyü üçün 40 illik həyat yoldaşımı boşadım" - FOTO 

Azərbaycanın Xalq artisti:

Xalq artisti Tariyel Qasımov boşanma səbəbini açıqlayıb.

 

Sfera.az xəbər verir ki, ARB kanalında yayımlanan “Onun sirri” proqramında qonaq olan aktyorun sözlərinə görə, onların boşanmasına səbəb xanımının söydüyü söyüş olub.

 

“25 yaşımda sevib evlənmişdim. Evliliyimiz 40 il davam edib. 5-6 ay olar ki, boşanmışıq. Həyat yoldaşının ərinə deyə bilməyəcəyi sözü deyib. Söyüş olub, mən də o söyüşü qəbul etməmişəm. Məhkəmədə söhbət zamanı dedim ki, möhtərəm hakim biz müsəlmanlar, azərbaycanlılar həyat yoldaşını ancaq namus üstə boşayır. Mən bu xanımı bir söz üstə boşayıram. Və boşadım da. Hakim qadın idi, xanıma sual verdi ki, böyük sənətkarı, Xalq artistini necə oldu ki, siz əldən verdiniz? Hakim dedi, biz hüquq fakültəsində oxuyanda beş qız Taryel Qasımova vurulmuşduq. Beşimiz də bir-birimizlə dava edirdik. O, mənə məhkəmədə şər atdı. Xanımım dedi ki, guya mən demişəm ki, Prezident ev verib, gedirəm orada yaşayım. Guya həyatımda başqa qadın olub. Mən yoldaşımı çox sevmişəm, sevib ailə qurmuşam. Ancaq o sözə görə…O sözü qəbul edə bilmədim”.


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...