Logo

“Qarabağ” Çempionlar Liqasının 3-cü mərhələsində - YENİLƏNİB + VİDEO

“Qarabağ” Çempionlar Liqasının 3-cü mərhələsində - YENİLƏNİB + VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qarabağ" UEFA Konfrans Liqasında qrup mərhələsinə vəsiqəni təmin edib.

Sfera.az xəbər verir ki, buna "köhlən atlar"ın Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda İsveçrədə "Sürix"lə 2:2 hesablı heç-heçə edərək, növbəti raunda adlaması səbəb olub.

Bakıdakı ilk matçda 3:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi səfərdəki heç-heçə sayəsində adını III raunda yazdırıb.

***

23:15

İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında hesab bərabərləşib.

Sfera.az xəbər verir ki, Ovusu Kvabena 97-ci dəqiqədə tarazlığı bərpa edib - 2:2.

***

23:06

İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında əlavə vaxt başlayıb.

Sfera.az xəbər verir ki, əsas vaxtdan sonra hesab meydan sahiblərinin xeyrinədir - 2:1.

***

22:22

“Qarabağ”-“Sürix”lə görüşdə hesabı bərabərləşdirib.

Sfera.az xəbər verir ki, Azərbaycan çempionunun heyətində 55-ci dəqiqədə Kadi Borqes fərqlənib.

***

21:55

İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

Sfera.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda fasiləyə minimal hesablı məğlubiyyətlə yollanıb - 0:1.

Yeganə qolu 4-cü dəqiqədə Maksim Medvedev öz qapısından keçirib.

***

21:10

İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

Sfera.az xəbər verir ki, "köhlən atlar"ın kapitanı Maksim Medvedev 4-cü dəqiqədə topu öz qapısından keçirib.

***

20:15

İsveçrədə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək “Sürix” və “Qarabağ”ın start heyətləri açıqlanıb.

Sfera.az UEFA-nın saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaq.

“Sürix”: 25. Yanik Brexer 2. Lindrit Kamberi 3. Adrian Gerrero, 6. Fidan Aliti, 8. Ule Selnes, 10. Antonio Markesano, 17. Şeyk Konde, 19. Nikola Boraniyaşeviç, 22. Vilfred Qnonto, 23. Fabian Roner, 31. Mirlind Kryeziu

Ehtiyat oyunçular: 1. Jivko Kostadinoviç, 34. De Nitti, 4. Beçir Omeragiç, 7. Bledian Krasniqi, 9. İvan Santini, 11. Jonatan Okita, 15, Ayequn Tosin, 16. Mark Hornşu, 28. Karol Mets, 33. Ştefan Zayler, 39. Akakiy Qogia

Baş məşqçi: Franko Foda

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 81. Kevin Medina

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 6. Julio Romao, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün “Letsiqrund” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk görüşdə "köhlən atlar" qələbə qazanıb - 3:2.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR