Qazi Amil danışdı: Azər Zahid gəsin məndə üzr istəsin videonu paylaşsın
Teleaparıcı Azər İsmayılovun (Azər Zahid) qeyri-etik ifadə işlətdiyi qazi Amil Əliyev açıqlama verib. A.Əliyev Manset.az-a açıqlamasında bildirib ki, A.İsmayılov ondan üzr istəməlidir: "İki gündür telefonlarımız susmur. Hər yerdən zəng edirlər. Azərin həmin sözü dediyini sonradan videoda görmüşəm, külək idi deyə eşitməmişəm. Azər mənə 1530 manat pul verib. Azər gəlsin, mənə desin ki, bilməmişəm, söz ağzımdan çıxıb. Üzr istəsin və həmin videonu paylaşsın, camaat da görsün ki, səhvini düzəltdi.