"Maykada maşın sürərlər?" deyən polis İŞDƏN ÇIXARILDI - VİDEO
Bakıda “Düş, söhbət edək, maykada maşın sürərlər?” deyən yol polisi əməkdaşı tutduğu vəzifəsindən azad olunub. Sfera.az xəbər verir ki, sürücü ilə arasında yaranan mübahisəyə görə inspektor Malik Qasımov və polis kapitanı Elnur İsgəndərov cəzalandırılıblar. Belə ki, M.Qasımov işdən çıxarılıb, E.İsgəndərov isə şiddətli töhmət alıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında bildirib ki, baş verən hadisə ilə bağlı hər iki polis əməkdaşı