Ev alarkən diqqətli olun - Belə aldadıla bilərsiniz
İllərdir ki, Bakıda bir mənzilin bir neçə nəfərə satılması problemi bitmək bilmir. Təəssüflər olsun ki, bu gün də tələyə düşənlər az deyil. Mənzil alınır, pul ödənir və aylar sonra bilinir ki, sən demə bu evin səndən başqa 4-5 sahibi də var. Bu qədər insanı aldatmaq da yəqin ki, xüsusi bacarıq tələb edir. Bu gün belə bir problem çəkmişik. Küllü miqdarda pul verib aldıqları mənzilləri özlərindən başqa bir neçə şəxsə satılıb. İndi nə pulları qaytarılır, nə də mənzillərinə sahiblənə bilirlər.