Bu sahədə 3500 manatdan çox maaş verilir
2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda əməkhaqqı neft-qaz sektorunda 3504,1 manat, qeyri neft-qaz sektorunda 780,2 manat təşkil edib. Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 782,9 manat, özəl müəssisələrdə isə 886,4 manat olub. 2022-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,1 faiz artaraq 831,3 manat