Logo

Həbs edilən keçmiş MTN naziri azadlığa çıxdı

Həbs edilən keçmiş MTN naziri azadlığa çıxdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikası Ali Məhkəməsində Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində kassasiya şikayətinə baxılıb.

Sfera.az-ın məlumatına görə, Ali Məhkəmənin qərarı ilə Vəli Ələsgərov barədə apellyasiya məhkəməsinin qərarı dəyişdirilərək 6 il 6 ay 20 gün azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və 2016-cı ildən həbsdə olmaqla bu cəzanı çəkmiş olduğundan cəzaçəkmə müəssisəsindən azad edilməsi qərara alınıb.

Qeyd edək ki, V. Ələsgərovun ailəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə hədsiz minnətdar olduqlarını bildiriblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR