Logo

İsmayıllıda Anım Günü ilə əlaqədar mərasim keçirildi - FOTOLAR

İsmayıllıda Anım Günü ilə əlaqədar mərasim keçirildi - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsmayıllı rayonunda 27 Sentyabr-Anım Günü münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Sfera.az xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən mərasimdə Millət vəkili Novruzəli Aslanov, hüquq-mühafizə orqanları, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat və ictimaiyyətin nümayəndələri iştirak edib.

Şəhidlər Xiyabanında keçirilən mərasimdə Dövlət himni səsləndirilib, din xadimi tərəfindən 44 günlük Vətən müharibəsi zamanı şəhid olanların ruhuna dualar oxunub.

Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsi, qüdrətli ordumuzun gücü qarşısında düşmənin 44 günə kapitulyasiya edildiyini bununla da Azərbaycanın möhtəşəm qələbəsi ilə yekunlaşan müharibənin dünya hərb tarixinə 44 günlük müharibə kimi düşdüyünü qeyd ediblər. Bildirilib ki, Ali Baş Komandanın çağırışı ilə böyükdən kiçiyə birləşən Azərbaycan xalqının birliyinin şərəfinə bu müharibə həm də "Dəmir yumruq" əməliyyatı adlandırılır. Çıxışlarda Vətən müharibəsində ismayıllıların da böyük qəhrəmanlıq göstərərək yüksək fədakarlıq nümayiş etdirdiyini bir daha qeyd edərək, qələbə yolunda, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimiz dərin hüznlə yad edilib, sağlamlığını itirən qazilərə şəfa dilənib.

Həmçinin işğaldan azad edilmiş torpaqlarda aparılan abadlıq-quruculuq işlərinin əhəmiyyətini də vurğulanıb.

Şəhid Novruz Həmzəyevin anası Zenfira xanım şəhid anaları adından çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən Vətən müharibəsi qazisi Vüqar Hacıyev müharibə ilə bağlı xatirələrini bölüşüb və döyüş yoldaşlarının göstərdikləri igidliklərdən bəhs edib.

Məlumat üçün bildiririk ki anım tədbirləri rayonun bütün kəndlərində şəhid məzarları önündə keçirilib, həmçinin şəhid ailələri evlərində ziyarət olunub.

Anım mərasimindən sonra şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keşirilib. Ağacəkmə aksiyasında Eldar şamı, Tuya və Oliandra ağacları əkilib.

Sentyabrın 27-də - Anım Günü ilə əlaqədar saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, səs siqnalları verilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Gallery image 23
Gallery image 24
Gallery image 25
Gallery image 26
Gallery image 27
Gallery image 28
Gallery image 29
Gallery image 30
Gallery image 31
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
Thumbnail 23
Thumbnail 24
Thumbnail 25
Thumbnail 26
Thumbnail 27
Thumbnail 28
Thumbnail 29
Thumbnail 30
Thumbnail 31
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR