Logo

Bu marşrut üzrə qatar reysi ləğv edildi - FOTO

Bu marşrut üzrə qatar reysi ləğv edildi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hərəkət qrafikinin optimallaşdırılması və pik saatlarda qatarlarda olan sərnişin sıxlığını tənzimləmək məqsədilə 28 sentyabr tarixindən etibarən Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarının reyslərinin sayı artırılacaq!

Sfera.az-ın məlumatına görə, “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, Sumqayıtdan saat 07:25-də çıxan qatar yeni qrafiklə saat 07:15-də hərəkət edəcək və əlavə olunmuş qatar isə saat 07:30-da Sumqayıt stansiyasından yola düşəcək.

Bundan başqa, Sumqayıtdan saat 07:45-də yola düşən Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkət edən reys ləğv edilir. Digər qatarların hərəkət cədvəlləri isə dəyişdirilmədən saxlanılır.

Qeyd edək ki, dəyişiklik edilən reyslərin nömrələri cədvəldə sarı rənglə işarələnib.

Bu marşrut üzrə qatar reysi ləğv edildi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR