Azərbaycanda bu yağların qiyməti bahalaşdı
Avtomobillər üçün mühərrik yağlarının qiyməti xeyli bahalaşıb. Sfera.az-ın məlumatına görə, əvvəllər 50-55 manata satılan avtomobillərin mühərrik yağları indi 75-80 manata təkilif olunur. Sürücülərin sözlərinə görə, bahalaşma bir neçə aydır ki, müşahidə edilir. Onlar deyirlər ki, istehsalçı ölkədən asılı olaraq yağların litrində minimum 5, maksimum 15 manat artım var. Yağ satışı və dəyişimi ilə məşğul olanlar deyirlər ki, qiymət artımı əsasən Avropadan idxal edilən yağlarda qeydə alınır. Bəs