Logo

"Qarabağ" - "Olimpiakos" oyunu başladı - YENİLƏNİB

"Qarabağ" - "Olimpiakos" oyunu başladı - YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda "Qarabağ" və Yunanıstanın "Olimpiakos" komandası arasında UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu başlayıb.

Sfera.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də start götürüb.

Görüşü Kreyq Pausonun başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edir.

Qrupun digər matçında Almaniya "Frayburq"u Fransada "Nant"la üz-üzə gəlir.

Qeyd edək ki, G qrupuna 9 xalla "Frayburq" başçılıq edir. "Qarabağ" 6 xalla ikinci, "Nant" 3 xalla üçüncü sıradadır. Hər üç oyunda məğlub olan "Olimpiakos" sıfır xalla sonuncu pillədədir.

***

19:40

Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda üz-üzə gələcək "Qarabağ" və Yunanıstan "Olimpiakos"unun start heyətləri açıqlanıb.

Sfera.az-ın qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k) 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges. 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev

Ehtiyar oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Julio Roman, 8. Marko Yankoviç, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina

Baş məşqçi: Qurban Qurbanov

"Olimpiakos": 91. Aleksandros Pasxalakis, 2. Şime Vrsalko, 5. Andreas Buxalakis, 8. Pyer Kunde, 15. Sokratis Papastatopulos, 17. Marius Vrusai, 18. Hvan İy Co, 21. Pep Biel, 45. Oleq Ryabçuk, 47. Abubakar Kamara, 74. Andreas-Rixardos Ntoi

Ehtiyar oyunçular: 88. Kostas Tsolakis, 99. Atanasios-Teoloqos Papadudis, 6. Yann MVila, 12. Marselo, 19. Yorqos Masuras, 20. Coş Bouler, 24. Usseynu Ba, 28. Matyö Valbuena, 33. Hvanq İn-Beom, 66. Pape Abu Sisse, 77. Qarri Rodriges, 80. Anastasios Sapuntsis

Baş məşqçi: Miçel Qonsales

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR