Polisin üzərinə “pitbull” qısqırdan şəxslər HƏBS EDİLDİ

Polisin üzərinə “pitbull” qısqırdan şəxslər HƏBS EDİLDİ

Yevlaxda itlə gəzən şəxslər polis tərəfindən saxlanılıb, bu zaman onlar “pitbull” cinsli iti polislərin üzərinə qısqırdıblar.
 

Sfera.az xəbər verir ki, hadisə bir neçə gün rayonun Bakıxanov küçəsində baş verib.


İttihama görə, gecə saat 03 radələrində it ilə küçədə piyada hərəkət edən şəxsləri görən polis əməkdaşları onlara yaxınlaşıb.
 

Bu saatlarda onların küçədə və itlə gəzməsinin şübhəli olduğunu bildirən polislər həmin şəxsləri sorğu-sual edib, şəxsiyyətlərini müəyyən etməyə, küçədə hansı məqsədlə olmalarına aydınlıq gətirməyə çalışıb.
 

Bu zaman həmin şəxslər mübahisə yaradaraq xidmət başında olan əməkdaşların tələblərinə qarşı çıxıblar. Onlar yanlarında olan “pitbull” cinsli iti polislərin üzərinə qısqırdıblar. 


Bundan sonra ərazidəki polislərin köməkliyi ilə həmin şəxslər saxlanılıb. Polis şöbəsinə gətirilən şəxslərin Yevlax şəhər sakinləri: 1988-ci il təvəllüdlü E. Kazımov və 1995-ci il təvəllüdlü F.Quliyev olması müəyyən edilib.
 

Onların barəsində protokol tərtib edilərək Yevlax Rayon Məhkəməsinə göndərilib.


Məhkəmənin qərarı ilə F.Quliyevə 8, itin sahibi olan E.Kazımova isə 15 sutka inzibati həbs cəzası verilib. (Qafqazinfo.az)


OXŞAR XƏBƏRLƏR

“YouTube”un populyar bölməsi tarixə qovuşur

“YouTube”dakı "Trending" (Trenddə olan) bölməsinin yaxın zamanda bağlanacağı elan edilib.   Sfera.az xəbər verir ki, "Tren...

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...