Milli Parkın mühafizəçiləri atəşə tutuldu - FOTO

Cəmiyyət
10:27 / 14.10.2022
4053
Ağgöl Milli Parkının əməkdaşları tərəfindən parkın ərazisində keçirilən nəzarət tədbirləri zamanı gecə saat 2 radələrində qanunsuz balıq ovlayan şəxslər müəyyən edilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, milli parkın əməkdaşlarının qanuni tələblərinə tabe olmayan brokonyerlərdən biri ov tüfəngi ilə atəş açıb və ərazidən qaçıb. Hadisə zamanı xəsarət alan olmayıb, brokonyerlərin biri saxlanılıb.
Araşdırma zamanı saxlanılan brokonyerin Beyləqan rayon sakini Bəylər Fərzalızadə olduğu müəyyən edilib.
Xidmət rəisinin sözlərinə görə, digər brokonyerin tapılması və hər iki təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hüquq-mühafizə orqanına müraciət olunub.