Mehmanxana biznesi dirçəlir - STATİSTİKA
Dövlət Statistika Komitəsi 2022-ci ilin yanvar-sentyabr aylarında mehmanxana və bu tipli obyektlərdə gecələmə sayının ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə artdığını açıqlayıb. Sfera.az bildirir ki, Komitənin hesabatında göstərilib: “Gecələmələrin 53 faizi Bakıda, 6,9 faizi Qəbələdə, 6,2 faizi Xaçmazda, 6,1 faizi Qubada, 4,3 faizi Qusarda, 4,1 faizi Şabranda, 3,7 faizi Lənkəranda, 3,1 faizi Naftalanda, 1,8 faizi Naxçıvan Muxtar Respublikasında, qalanı başqa bölgələrdə qeydə alınıb.