Azərbaycan hərbçilərinin komanda-qərargah təlimi keçirilir - FOTO
Kateqoriya məlum deyil
Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində N saylı hərbi hissəsinin qərargah zabitlərinin iştirakı ilə kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir.
Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd komandirlərin və qərargah zabitlərinin çevik qərar qəbuletmə bacarıqlarını, döyüşü idarəetmə qabiliyyətini artırmaq, həmçinin bölmələr arasında qarşılıqlı əlaqənin daha da təkmilləşdirilməsindən ibarətdir.










