Azərbaycan Yaponiyada “Ekspo 2025”də iştirak üzrə müqaviləni imzalayan ilk ölkə olub

Azərbaycan Yaponiyada “Ekspo 2025”də iştirak üzrə müqaviləni imzalayan ilk ölkə olub

Azərbaycan “Osaka, Kansai Ekspo 2025” dünya sərgisində iştirakla bağlı müqaviləyə imza atıb. Yaponiya ilə əlaqələrə və dünya Ekspo sərgilərində iştiraka yüksək əhəmiyyət verən Azərbaycan “Osaka, Kansai Ekspo 2025”də iştirakçı müqaviləsini imzalayan ilk ölkədir.

 

Sfera.az xəbər verir ki, müqavilə sərgiyə hazırlıq məqsədilə keçirilən birinci beynəlxalq planlaşdırma görüşü zamanı Azərbaycanın “Osaka, Kansai Ekspo 2025” üzrə baş komissarı Anar Ələkbərov, “Ekspo 2025”in baş katibi Hiroyuki İşige və “Ekspo 2025”in baş komissarı Koji Haneda arasında imzalanıb.

 

Tədbirdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə də iştirak edib.

 

Budəfəki dünya sərgisi 2025-ci il 13 aprel-13 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində “Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq” (Designing Future Society for Our Lives) mövzusunda keçiriləcək.

 

Şahin


OXŞAR XƏBƏRLƏR

Keyt Middlton xərçəngə qalib gəldi

Martın 22-də xərçəng xəstəliyinə tutulduğu və kimyaterapiyadan keçdiyi açıqlanan Uels şahzadəsi Keyt Middlton müalicəsinin başa çatdığını və sağalma mərhələsind...

FORBES Heydər Əliyev Mərkəzindən yazdı - FOTOLAR

Dünyanın məşhur jurnalı “Forbes” jurnalı italiyalı heykəltəraş Canfranko Megiatonun Heydər Əliyev Mərkəzində keçirilən “Görünməyənin cizgiləri...

"Bu saziş regionda yeni gərginliyə səbəb olacaq" - Politoloq

ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi müzakirə obyektinə çevrilib. Bu addımın mümkün nəticələri gündəmdədir.   ...

Avtobus sürücüləri bu hallarda işdən çıxarılır - RƏSMİ

Avtobus sürücüləri, sərnişinləri daşıyan şəxslər olaraq, yollarda yüksək məsuliyyət daşıyır və xüsusi peşə tələblərinə uyğun gəlməlidirlər.   Sfera.a...

"Unibank" 2024-cü ilin maliyyə nəticələrini AÇIQLADI

Unibank 2024-cü il ərzində müştərilərinə yüksək səviyyədə xidmət göstərməkdə davam edib. Bank aktiv kreditləşməni həyata keçirərək, ölkə iqtisadiyyatına öz töhf...

AYNA: Bakıda 165 nömrəli marşrutun avtobusları yenilənir

Paytaxtın Binəqədi qəsəbəsi, Gənclər şəhərciyi “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar” metrostansiyaları və A.M.Şərifzadə ...