"İllərdir məni bura qədər şərh yaza-yaza gətirən adamlar indi..." - Xəzər Süleymanlı
“Heydər Əliyev Sarayı, retro və müasir şeirlərdən, musiqilərdən ibarət iki gecə və anşlaq… Ardı-arası kəsilməyən, saysız-hesabsız təşəkkür mesajları. Zala baxdıqca düşünürdüm ki, bu adamlar mənə necə doğma, necə tanışdır?! İllərdir məni bura qədər şərh yaza-yaza gətirən adamlar indi alqışlaya-alqışlaya izləyirdilər. Möhtəşəm idi”. Sfera.az bildirir ki, bunu şair, qiraətçi Xəzər Süleymanlı ötən gün baş tutan konsertlə bağlı fikirlərini bölüşərkən deyib. O qeyd edib ki, burada xeyli sayda insan