Azərbaycanda işçilərin neçə faizi dövlət sektorunda çalışır?
2022-ci il dekabrın 1-nə olan məlumata əsasən, Azərbaycanda muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 min nəfər və ya 1,6 faiz artaraq 1 milyon 732 min 500 nəfər olub. Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onların 903,3 min nəfəri (52,14 faiz) dövlət sektorunda, 829,2 min nəfəri qeyri-dövlət sektorunda işləyir. Muzdla işləyənlərin 19,3 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,2 faizi əhaliyə