"İllərdir məni bura qədər şərh yaza-yaza gətirən adamlar indi..." - Xəzər Süleymanlı

“Heydər Əliyev Sarayı, retro və müasir şeirlərdən, musiqilərdən ibarət iki gecə və anşlaq… Ardı-arası kəsilməyən, saysız-hesabsız təşəkkür mesajları. Zala baxdıqca düşünürdüm ki, bu adamlar mənə necə doğma, necə tanışdır?! İllərdir məni bura qədər şərh yaza-yaza gətirən adamlar indi alqışlaya-alqışlaya izləyirdilər. Möhtəşəm idi”.

 

Sfera.az bildirir ki, bunu şair, qiraətçi Xəzər Süleymanlı ötən gün baş tutan konsertlə bağlı fikirlərini bölüşərkən deyib.

 

O qeyd edib ki, burada xeyli sayda insan əməyi var:

 

“Hicaz qrupunun bədii rəhbəri Eyvaz Həşimov - bütün heyəti o yığdı və musiqi tərtibatının qüsursuz şəkildə həllini tapdı. Gözəl sənətkarlarımız Nəzakət Teymurova, Teyyub Aslanov gecəyə xüsusi rəng qatdı. Təşkilati işləri üzərinə götürən illərin sənətkarı, tarzən Əliağa Sədiyev, özünəməxsus kamança ifaçısı Elşən Mansurov, qrupun digər üzvləri - Elnur, Azad, ifaçılar Nahidə Nur, Mətanət Bədəlova, Nicat Rəsulov, Dəyanət də möhtəşəm idi.  Xüsusi təşəkkürlərim: Lalə Muradxanlı, Əbdülqəni Əliyev və təkcə rejissor kimi yox, qardaş kimi xidmət edən Mirsahib Ağazadəyədir”.

 

X.Süleymanlı eyni zamanda, izləyicilərə də minnətdarlığını bildirib: “İki gün məni tək qoymadığınız üçün qarşılarında baş əyirəm.  Bir şeyi də başa düşdüm ki, “kütlə belə istəyir” deyənlər illərdir bu xalqa xəyanət edirmiş”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...

"Putini şəxsən gözləyəcəyəm" - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski atəşkəs əldə olunacağı təqdirdə mayın 15-də İstanbulda keçiriləcək görüşdə Rusiya prezidenti Vladimir Putini şəxsən gözləy...