Nemət Pənahlı gündəmi dəyişmək üçün başüstə dayanıb? – Sərdar Cəlaloğludan açıqlama

Nemət Pənahlı gündəmi dəyişmək üçün başüstə dayanıb? – Sərdar Cəlaloğludan açıqlama

Ötən gün Azadlıq Hərəkatının fəallarından olan Nemət Pənahlı Müsavat TV-nin efirində başıüstə dayanıb. Video sosial mediada sürətlə yayılıb və geniş müzakirələrə səbəb olub. N.Pənahlının bu davranışını qınayanlar, sözügedən hərəkətin etikadan kənar olduğunu deyənlər isə sosial şəbəkələrdə üstünlük təşkil edib.

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hər siyasətçinin özünü fərqli formada reklam etdiyini bildirib:

 

“Əgər Nemət Pənahlını lider kimi, siyasətçi kimi tanıyan varsa, o zaman həmin şəxs onun bu hərəkətini də qəbul etməlidir. Rusiyada Jirinovski də vaxtıilə qəribə həkətləri ilə digər liderlərdən seçilirdi. Rus ictimaiyyətində də onun kimi düşünən, davranan adamlar ona səs verirdilər. İndiki halda da Nemətin tərəfdarları onun hərəkətini alqışlayacaqlar. Siyasətçi həm də imicmeyker hesab olunur, cəmiyyətdə özünəoxşar tiplərin yaranmasına xidmət edir. Görünür, Azərbaycan cəmiyyətində bu cür davranışlar göstərməyi sevən adamlar var. Siyasətçinin təbliğatını aparması ilə bağlı konkret göstəriş yoxdur. İdeologiyalar fərqli olduğu kimi, siyasətçilərin davranışları da fərqlidir. Digər tərəfdən hər bir lider çalışır ki, özünün hansısa xüsusi bir qabiliyyətini nümayiş etdirməklə rəğbət qazansın, özünü reklam etsin”.

 

S.Cəlaloğu videogörüntünün məqsədli şəkildə, gündəmi dəyişmək üçün yayıldığını iddia edib:

 

“Nemət Pənahlının son davranışı nə üçün müzakirəyə səbəb olub, anlamıram. Çünki bu davranış cəmiyyət üçün nə isə ehtiva etmir. Qarşıdan 20 Yanvar faciəsinin ildönümü gəlir və həmin dövrlərdə Nemət Pənahlı aktiv fəaliyyət göstərənlərdən olub. Ölkədə, dünyada çox ciddi proseslər gedir, lakin boş bir məsələ insanlar tərəfindən müzakirə edilir. Görünür ki, bu görüntülər gündəmi dəyişmək üçün ortaya atılıb”.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...

"Putini şəxsən gözləyəcəyəm" - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski atəşkəs əldə olunacağı təqdirdə mayın 15-də İstanbulda keçiriləcək görüşdə Rusiya prezidenti Vladimir Putini şəxsən gözləy...

Ölkəmizdə ilk dəfə “Olimpiada Bilik Forumu” təşkil olundu

Mayın 11-də “Gülüstan” sarayında Gənclər Fondunun tərəfdaşlığı, “Fred’s English”in təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Ol...