"Oxuyansan da, böyük adamsan? Çaşmayın!" - Elnarə Abdullayevadan SƏRT SÖZLƏR
Əməkdar artist Elnarə Abdullayeva bəzi həmkarlarından gileylənib. Sfera.az xəbər verir ki, bu barədə o, “Həyat tərzi” verilişində danışıb. Abdullayeva ad çəkmədən əksər müğənnilərin toylarda düzgün hərəkət etmədiyini söyləyib: “Hərdən deyirlər ki, filankəs bu mahnını ifa etdi. Söyləyirəm ki, ən azından oxuyur, oğurluq etmir ki. Müəyyən adamlar var ki, özü bir şey deyil, çoxdandır efirdədir, sənəti yoxdur. Sənə də vaxtında yaşı çox olan müğənnilər elə baxırdı, indi onu bəyənmirsən, kimsən ki,