Bakı məktəbində müəllim şagirdləri DÖYDÜ - Valideynlər üzr istədilər - VİDEO

Bakı məktəbində müəllim şagirdləri DÖYDÜ - Valideynlər üzr istədilər - VİDEO

Sinifdə dərs zamanı nadinc şagirdlərə əl qaldıran müəllimin görüntüləri 2 gündür sosial şəbəkələrdə gündəm olub. Videonu izləyənlərin yarısı müəllimi, yarısı isə şagirdləri günahlandırırlar. Bəs əslində məsələ necədir?

 

Sfera.az xezerxeber-ə istinadən məlumat verir ki, görüntülər paytaxtdakı 59 saylı tam orta məktəbin 6C sinfində qeydə alınıb.

 

Müəllim dərs zamanı nizam-intizama tabe olmayan uşaqlara əl qaldırıb, şagirdlərdən biri isə bu anı telefonla qeydə alıb.

 

Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışan Solmaz müəllim bir neçə şagirdin dərs prosesinin gedişinə mane olduğunu, təkrar xəbərdarlıqlardan nəticə çıxarmadıqlarını, dərsi izah etməyə maneə yaratdıqlarını və bu səbəbdən məlum vəziyyətin yarandığını bildirib.

 

Solmaz müəllimin 62 yaşı var və 38 ildir dil-ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir. O, saçlarını müəllimlik edərək ağardıb. Yaşından çox şagird, ən əsası insan yetişdirib. Bu gün onun yetişdirdiyi şagirdlər eyni məktəbdə onunla çiyin-çiyinə çalışırlar. 40 ilə yaxındır müəllimlik edən Solmaz xanım deyir ki, keçmiş dönəmin şagirdləri ilə indikilər eyni deyil və onları tərbiyə etmək olduqca çətindir.

 

6c sinif şagirdlərinin valideynləri də baş verənlərlə bağlı təəssüf hissi keçirdiklərini dilə gətiriblər və müəllimdən üzr istəyiblər.

 

Videonu çəkən şagird müəllimi çox istədiyini və dərsdə nadinclik etdikləri üçün peşman olduğunu bildirib.

 

Ətraflı süjeti təqdim edirik:

 

 

 


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...