Logo

Bakı metrosunda faciəvi hadisə - Maşinist sükan arxasında öldü

Bakı metrosunda faciəvi hadisə - Maşinist sükan arxasında öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Bakı Metropoliteni” QSC-nin maşinisti qəfil vəfat edib.

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yanvarın 22-si saat 03:00 radələrində QSC-də motovoz maşinisti işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu “Avtovağzal metrostansiyası”nın 98-ci piketində 12327 nömrəli təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşib. O, sükan arxasında dünyasını dəyişib.

Hadisə nəticəsində qatarın hərəkətində hər hansı problem yaranmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, gecə maşinist köməkçisinin dispetçerə məlumatı əsasında dərhal təcili tibbi yardım dəvət edilib:

"Aidiyyəti strukturlara və maşinistin ailəsinə məlumat verilib. Metropolitenin gecə iş rejimi ilə bağlı hər hansısa problem yaşanmayıb. Hazırda məsələ ilə bağlı aidiyyəti strukturlar müvafiq iş aparır".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR