Azərbaycanda bu şəxslər 3500 manata yaxın maaş alır
2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,6 faiz artaraq 829,9 manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Əməkhaqqı neft-qaz sektorunda 3388,6 manat, qeyri neft-qaz sektorunda 781,0 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 783,6 manat, özəl müəssisələrdə isə 881,9 manat olub. Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda