Azərbaycanda ƏN ÇOX MAAŞI bu sahədə çalışanlar alır
2023-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33,7 min nəfər və ya 2,0 faiz artaraq 1715,8 min nəfər olub. Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən (DSK) qafqazinfo-ya bildirilib. Məlumata görə, onlardan 901,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 814,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 19,4 faizi təhsil, 18,8 faizi ticarət; nəqliyyat