"Atam maşınla oğlumu vurandan sonra xərçəng oldu"

"Bizim genetikamızda xərçəng xəstəliyi heç olmayıb, ilk dəfə atamda peyda oldu. Bilmədik necə baş verdi. Bunu bir şeylə əlaqələndirirəm. Həkim demişdi ki, xəstəlik 2019-cu ildən başlayıb. Düşünürəm ki, özünə baxmaqla əlaqəli deyildi. Həmin il bir hadisə olmuşdu. Mərdəkanda bağ evimizdə baş vermişdi. Biz yasda idik, oğlum marketə getmək üçün icazə aldı, getdi. Uşaq sevinə-sevinə qapıdan çıxanda onu maşın vurdu".

 

Sfera.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz "Səhər mərkəzi" verilişində deyib. O bildirib ki, atası övladını maşınla vurduğu zaman yaşadığı stresdən sonra xərçəng olub:

 

"Hamımız hay-həşirlə çölə çıxdıq. Gördük ki, maşınla vuran atam. Bu da təsadüf idi, atam yasa gələndə oğlumu maşınla vurdu. Uşaq yerə yıxıldı, onu qucağıma götürüb evdəkilərə verdim. Gördüm ki, atam iki əlini başına qoyub, dizi də yerdə, gözləri yerindən çıxırdı. Onu ayağa qaldırıb sakitləşdirməyə çalışdım. Onun stresi onu belə etdi. Atamı belə bir halda heç vaxt görməmişdim. Onun ömrünün yarısı həmin hadisədə getdi. Xərçəngdə həmin hadisədən sonra başlayıb.

 

Atam kimi özünü formada saxlayan görməmişəm. Heç vaxt liftə minməzdi, ayaqla qalxardı. Enerji içkiləri içməzdi. Sağlam qidalanırdı".


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...