Aşıq Ələsgərin abidəsinin hazırlanması prosesi başa çatıb
Aşıq Ələsgərin heykəlinin bürüncdən tökülməsi prosesi başa çatıb. Sfera.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Rəssamlar İttifaqı nəzdində İstehsalat Yaradıcılıq Kombinatının direktoru Baloğlan Hüseynov məlumat verib. Onun sözlərinə görə, bundan sonrakı proses abidənin lazımi yerdə ucaldılmasıdır: "Bunun üçün də Mədəniyyət Nazirliyinə məlumat verilib". Qeyd edək ki, abidənin memarı Malik Babayevdir. Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən,