Adapteri “tok”a taxanda partlayış oldu - Ər-arvad öldü

Adapteri “tok”a taxanda partlayış oldu - Ər-arvad öldü

Kürdəmir rayonunda ər və arvadının ölümü ilə nəticələnən partlayış baş verib.

 

Sfera.az xəbər verir ki, dünən günorta saatlarında rayonun Çöhranlı kəndində 37 yaşlı Vüsal Hətəmxan oğlu Zərbəliyev və arvadı 35 yaşlı Şəbnəm ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onlar vəziyyətləri ağır olduğu üçün Bakıda yerləşən Respublika Yanıq Mərkəzinə göndəriliblər. Lakin az sonra ər və arvadı vəfat edib.

 

İlkin araşdırma zamanı məlum olub ki, ailə üzvləri evə daxil olaraq telefonu şarj etmək məqsədilə adapteri elektrik cərəyanına qoşublar. Bu zaman mənzildə güclü partlayış baş verib. Sonradan yanğına keçən partlayışda xəsarət alan şəxslər küçəyə çıxaraq kömək istəyiblər və qonşuları onları xəstəxanaya aparıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Orta məktəbdə bıçaqlanma - Yaralı var

Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Babək rayonu, Məm...

Təhsil almadan 11 dil öyrəndi: “Əllərimə yazaraq başladım”

Antalyanın Manavqat rayonunda yerləşən Side Antik kəndində bir zərgərlik mağazasında çalışan 56 yaşlı Cuma Turhan heç bir rəsmi təhsil almadan 11 dili öyrənməyi...

Gəncədə qəzaya uğrayan BMV evin yanmasına səbəb oldu

Gəncə şəhərində BMV markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat...

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda 3,8 maqnitudalı zəlzələ baş verib.   Sfera.az Gürcüstan mediasına istinadən xəbər verir ki, zəlzələ ölkənin şimal-şərqində qeydə alınıb. ...

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...

Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA

Turş dadı və bol C vitamini ilə tanınan bu meyvə bəzi insanlar üçün təhlükə mənbəyi ola bilər. Söhbət mövsümü meyvə olan alçadan gedir.    Mütəxəs...