“3-5 gün də davam edə bilər, üç ay da...” – Qənirə Paşayeva komadan nə vaxt çıxa bilər?

“3-5 gün də davam edə bilər, üç ay da...” – Qənirə Paşayeva komadan nə vaxt çıxa bilər?

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə millət vəkili Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub və xəstəxanaya yerləşdirirlib. Deputat hazırda komadadır, vəziyyəti stabil-ağır olaraq qalır.

 

Maraqlıdır, naməlum mənşəli hipotonik vəziyyət diaqnozu hansı hallarda qoyulur? Problem nədən qaynaqlanır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının terapevt kardioloqu Arzu Bəydəmirova hipotonik vəziyyətə gətirən səbəblər barədə danışıb:

 

“Kamatoz vəziyyət qısamüddətli huşun itirilməsi, arterial təzyiqin aşağı düşməsidir. Bu zaman huşun zədələnməsi, itirilməsi halları baş verə bilər. Bu isə hansısa xroniki və ya dərman zəhərlənmələrindən, kəllə-beyin travmasından yaranan komalardan və digər amillədən qaynaqlana bilər. Yəni ürək, qan-damar sistemi, ağciyər, qaraciyər kimi vacib orqanlarımız üzərinə düşən funksiyanı yerinə yetirə bilmədiyi üçün kamatoz vəziyyət yaranır. Bu vəziyyətin yüngül, orta və ağır olaraq 3 növü var”.

 

Kardioloq bu vəziyyətin nə qədər davam edə biləcəyi barədə də danışıb:

 

“Əgər böyrəklər fəaliyyət göstərirsə, sidik ifrazı varsa, bu, vəziyyətin stabil olduğuna dəlaət edir. Ümumi statistika göstərir ki, bu diaqnoz insanda 3-5 gün də, 3 ay da davam edə bilər. Bu problemin yaşanması geridönüşün olmayacağı anlamına gəlmir, yəni insanlar sağala da bilir. Belə vəziyyətlərdə “xəstəni mütləq şəkildə itirəcəyik” deyə bir hal yoxdur. Hər şey həyati orqanların müailəcəyə necə cavab verəcəyindən asılıdır”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...