İcra başçısının sakinlərlə səyyar qəbulların keçirilməsi davam edir - FOTOLAR
16 noyabr 2023-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Hacalıkənd kəndində sakinlərlə növbəti səyyar qəbul keçirdi. Səyyar qəbulda rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər. Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək bildirib ki, yerlərdə səyyar görüşlərin keçirilməsində məqsəd