Deputat: “Qanunsuz mərc oyunları gənclərin inkişafına mənfi təsir edir”

Deputat: “Qanunsuz mərc oyunları gənclərin inkişafına mənfi təsir edir”

“Qanunsuz idman mərc oyunları uzun müddətdir yayılıb, bu barədə artıq ölçü götürülməlidir, müvafiq tədbirlər görülməlidir. Bu cür oyunlarla  əyləncə və pul adı altında gəncləri cəlb edirlər. Belə oyunlar həm də insan psixologiyasına ciddi təsir göstərir, gənclərin inkişafına da mənfi təsiri böyükdür. Həmişə bunun əleyhinə olmuşam”.
 

Sfera.az xəbər verir ki, bunu açıqlamasında qanunsuz idman mərc oyunlarının keçirilməsinə və təbliğatına  münasibət bildirən deputat Etibar Əliyev deyib. O bildirib ki, şans oyunlarında bəxtini sınamaq istəyənlər üçün qanuni təşkil olunan oyunlar var, televiziyalarda da göstərilir. Amma qanunsuz mərc oyunlarını təşkil edənlər vergidən yayınırlar, buna yol vermək olmaz:
 

“İnformasiya kommunikasiya texnologiyaları inkişaf etdikcə gəncləri bu kimi zərərli yollara çəkmək asanlaşıb. Reklamları internet saytlarında, sosial şəbəkələrdə geniş yayılıb, hamının da əlində bir telefon, yalan vədlərə şirniklənirlər. Əvvəllər “piramida” şəbəkəsi var idi – dostunu gətir, pul qazan. Xeyli vətəndaş aldandı, elə bilirdilər ki, 3 manat qoyub, 3 min qazanacaqlar. Nə qədər insan müflisləşdi. Hələ bunun fərdi təbliğatçıları da var idi.
 

Əvvəllər kitab, qəzet dövrü idi, ağ-qara televiziya dövrü idi. Cavanlar yaşlı nəsillə münasibətdə davranışlarını korrektə edirdilər. Amma indi belə deyil. Sosial şəbəkələr, reklamlar gənclərə ”yol göstərir” təəssüf ki”.(Demokrat.az)


OXŞAR XƏBƏRLƏR

TikTok-a maraq niyə artır? - Hər yaşda insan bu platformadadır

Son illərdə sosial media platformaları arasında sürətlə yüksələn və xüsusilə gənclər arasında məşhurluq qazanan TikTok, artıq yaş məhdudiyyətini aşaraq geniş au...

Uşağı hava limanında qoyub, tətilə getdilər

İspaniyada tətilə gedən valideynlər 10 yaşlı övladlarını Barselona hava limanında tərk ediblər.   Sfera.az xəbər verir ki, uşağın sənədlərinin müddət...

Alparslan Bayraktardan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Yaxın zamanda Zəngəzur dəhlizi üzərindən bütün enerji qaynaqlarının və digər logistik həllərin Türkiyəyə çatdırılacağına ümid edirik.   Sfera.az ...

Manatının nominal və real effektiv məzənnələri azaldı

Bu ilin iyulun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,6 bənd təşkil edib.   Bu barədə Sfera.az Azə...

Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ!

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlum...

Qəzaya düşən yeniyetmə xəstəxanada öldü

Qala qəsəbəsində qəzaya düşən 18 yaşlı yeniyetmə xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, hadisə Qala qəsəbəsindən Pirallahı rayonu istiqamətinə ...