Bakıda reklamların binanın fasadına yapışdırılması qadağan edildi
Bakıda reklamın binanın fasadında (boyama, yapışdırma və digər metodlarla) yerləşdirilməsinə yol verilməyəcək. Sfera.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Bakı şəhərinin ərazisində olan binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblər”də əksini tapıb. Qeyd edilib ki, reklamın binanın fasadında dekorativ-bədii və (və ya) mətn təsvirinin bilavasitə çəkilməsi yolu ilə (boyama, yapışdırma və digər metodlarla) yerləşdirilməsi; həmçinin, reklam məqsədilə