Azərbaycana gələn turistlərin sayı artıb - RƏSMİ

Azərbaycana gələn turistlərin sayı artıb - RƏSMİ

Bu il ulduzlaşma üçün müraciət edən 173 hoteldən 114-nün auditi başa çatıb.

 

Sfera.az bildirir ki, bu barədə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Turizm Sammiti 2023” tədbirində məlumat verilib. Sözügedən addımın bu il qəbul olunan “Mehmanxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları”na uyğun olaraq atıldığı bildirilib.

 

Həmçinin, bu aydan etibarən turizm bələdçilərinin sertifikatlaşdırılması üçün imtahanların təşkil edilməsi haqqında məlumat verilib: “11 ay ərzində 1 milyon 893 mindən çox xarici ziyarətçi gəlib. Bu isə ötən illə müqayisədə 30 faizdən çox olub”. Tədbirdə eyni zamanda pandemiyadan sonra bərpa prosesinin sürətlə davam etməsi də qeyd edilib. 

 

Eyni zamanda, maddi-mədəni irsimizin qorunması istiqamətində görülən işlər üzrə “Xınalıq və Köç Yolu Mədəni Landşaftı” maddi-mədəni irs nümunəsinin YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi, Xınalıq, Basqal, Yuxarı Baş, Kiş kimi qoruqlarda bərpa və konservasiya işlərinin davam etdirilməsi vurğulanıb. 

 

Türkan


OXŞAR XƏBƏRLƏR