\"Dağıntı və tələfatla bağlı DİN-ə məlumat daxil olmayıb\" - Elşad Hacıyev

\

"Dağıntı, tələfat, hər hansısa xoşagəlməz halla bağlı məlumat daxil olmayıb".

 

Sfera.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bu gün zəlzələ ilə bağlı keçirilən brifinqdə deyib:

 

Zəlzələ baş verəndən dərhal sonra DİN-in Bakı şəhəri və bölgə üzrə bütün strukturları gücləndirilmiş iş rejiminə gətirildi. Panika va ajotaj yaranmaması səbəbilə bütün polis orqanları öz sahələri üzrə müvafiq ərazilərə cəlb edildilər.

 

Dağıntı, tələfat, hər hansısa xoşagəlməz halla bağlı məlumat daxil olmayıb.Metrostansiyalar, dəmiyolları, orta və ali təhsil müəssisələri, uşaq bağçaları nəzarətə götürülüb. Burada əsas məqsəd çətinliklər yaranmasının qarşısını almaqdır. 

 

Belə hallarda vətəndaşları maksimum dərəcədə sakit olmağa və yanlız rəsmi məlumarlara istinad etməyə çağırırıq. Oğurluq halları ilə bağlı da DİN-ə məlumat daxil olmayıb".

 

Firuzə Əliyeva

 

 

 



 


OXŞAR XƏBƏRLƏR