Səkkiz regional turizm idarəsi yaradılıb - RƏSMİ + FOTOLAR

Səkkiz regional turizm idarəsi yaradılıb - RƏSMİ + FOTOLAR

Palçıq Vulkanları Turizm Kompleksinin tikintisi üzrə işlər yekunlaşmaq üzrədir. 

 

Sfera.az xəbər verir ki, bu barədə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Turizm Sammiti 2023” tədbirində məlumat verilib.

 

Regionların turizm potensialının effektiv istifadəsi üzrə 8 regional turizm idarəsi, o cümlədən Qarabağ Regional Turizm İdarəsinin yaradılması diqqətə çatdırılıb. 

 

Tədbirdə Qarabağ və Şərqi Zəngəzurda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində layihələndirmə və infrastruktur işləri, Ağdamda Şahbulaq qalası, Hadrut, Tuğ və Daşaltı üzrə turizm infrastrukturunun yaradılması məqsədilə inkişaf konsepsiyaları üzrə layihələndirmə işlərinin davam etdirilməsi, Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışı, “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması, Şuşaya təşkil olunan turlara böyük marağın olması haqqında da məlumat verilib. 

 

Firuzə Əliyeva

Fotolar: Anar Bayramlı

 

 


 


OXŞAR XƏBƏRLƏR