Əhalinin gəliri bu il nə qədər artıb?
2024-cü ilin yanvar və fevral ayları ərzində Azərbaycan əhalisinin gəliri 11,19 milyard manat, ümumi gəlirin adambaşına düşən payı 1099 manat olub. Sfera.az xəbər verir ki, nominal qiymətlərlə müqayisədə bu il əhalinin gəlirində 4,7 faiz, real gəlirində (inflyasiya çıxıldıqda – red.) isə 3,4 faiz artım baş verib. İcbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında qalan gəliri 9,645 milyard manat olub. Sərəncamda qalan gəlirlərin adambaşına düşən hissəsi isə 947 manat təşkil edib.