Azərbaycanın uşaq futbol komandası bu turnirdə iştirak edəcək

Azərbaycanın uşaq futbol komandası bu turnirdə iştirak edəcək

25 - 28 mart 2024-cü ildə İspaniyanın Madrid şəhərində "Real Madrid Foundation World Challenge" turniri keçiriləcək. Burada 16 ölkədən uşaq futbol komandaları yarışacaq. ABB-nin baş sponsorluğu ilə turnirdə ilk dəfə Azərbaycan komandası da təmsil olunacaq. Bütün oyunlar “Real Madrid” futbol klubunun Akademiyası ərazisindəki meydançalarda keçiriləcək.

 

Turnirə qatılacaq bütün komandalar ayrı-ayrı ölkələrdə reallaşdırılmış "Real Madrid Foundation Clinic" proqramı əsasında seçilib. 2023-cü ilin avqustunda bu proqram ölkəmizdə də reallaşdırılıb. ABB-nin baş sponsorluğu, Visa və Epoint şirkətlərinin tərəfdaşlıq dəstəyi ilə həyata keçirilən proqram çərçivəsində “Sabis Sun International School”un ərazisində futbol düşərgəsi təşkil edilib. Ən güclü oyunçular seçilərək “Azerbaijan Footland” komandası formalaşdırılıb.

 

“Real Madrid Foundation Azerbaijan Clinic” proqramının 2024-ci ilin 24-28 iyun tarixlərində Bakıda yenidən təşkili nəzərdə tutulur.

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

“YouTube”un populyar bölməsi tarixə qovuşur

“YouTube”dakı "Trending" (Trenddə olan) bölməsinin yaxın zamanda bağlanacağı elan edilib.   Sfera.az xəbər verir ki, "Tren...

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...